Türkiyə ilə Suriya arasında danışıqlar aparmaq üçün Rusiyanın həyata keçirdiyi işlərin Dəməşqdə qəbul edilmədiyi iddia edilib.
Suriya prezidenti Bəşər Əsədin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina etdiyi iddia edilib.
İslamazeri.com xəbər verir ki, Türkiyə ilə Suriya arasında danışıqlar aparmaq üçün Rusiyanın həyata keçirdiyi işlərin Dəməşqdə qəbul edilmədiyi iddia edilib.
Reuters-ə müsahibə verən iki mənbə iddia edib ki, Əsəd Ərdoğanın əlini gücləndirməmək üçün Türkiyədə seçki öncəsi görüşdən imtina edib.
Eyni mənbələr mümkün görüş zamanı 3,6 milyon suriyalının Türkiyəyə qayıtmasının müzakirə edilməsinin seçkidə Ərdoğana müsbət təsir edəcəyini qeyd edib.
Görüş təklifi ilə bağlı məlumatı olan üçüncü mənbə bildirib ki, Dəməşq konkret təklif olmadığı təqdirdə görüşü faydasız hesab edir və Türkiyə qüvvələrinin ölkə ərazisindən tamamilə geri çəkilməsini istəyir.