Şamaxı sakini ov zamanı bir nəfəri yaralayıb

Şamaxı sakini ov zamanı bir nəfəri yaralayıb
Yayınlanma tarixi: 7.12.2022 12:07:03

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Şamaxı rayonu, Pirqulu qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən rayon sakini R.Əhmədovun tüfəngdən açdığı atəşdən İ.İlyasovun kürək nahiyəsindən xəsarət alması müəyyən olunub. Yaralıya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “Baykal” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ