Sabunçuda qəbiristanlıqdan oğurluq edənlər tutulub

Sabunçuda qəbiristanlıqdan oğurluq edənlər tutulub
Yayınlanma tarixi: 13.01.2023 13:12:17

Bu barədə DİN-dən məlumat verilib.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən "İslamazeri.com"a məlumata görə, verilən Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ata Məmmədli, Orxan Orucov və Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlamaları da müəyyən olunub. Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

GÜNÜN MANŞETLERİ