Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Yayınlanma tarixi: 5/9/2023 12:36:18 PM

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a bildirilib ki, lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

GÜNÜN MANŞETLERİ

İran raketi Təl-Əvivin mərkəzini vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran raketi Təl-Əvivin mərkəzini vurdu

3/24/2026 4:18:33 PM
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 20 təyyarə zədələnib

3/24/2026 2:38:29 PM
ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ Ənbarda Həşdi-Şabiyə hava zərbələri endirib

3/24/2026 1:29:17 PM