Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
Yayınlanma tarixi: 5/15/2023 12:45:45 PM

Sabahın hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında mayın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "İslamazeri.com"a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi axşam cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək.Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-5° isti olacaq.

GÜNÜN MANŞETLERİ

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM
Son 24 saat ərzində Livan cəbhəsində 24 israilli yaralanıb
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Son 24 saat ərzində Livan cəbhəsində 24 israilli yaralanıb

5/27/2026 12:07:12 PM