FHN rentgen və KT üçün xüsusi icazəsi olan tibb müəssisələrini açıqlayıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə tibb müəssisələrində aparılan rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı bir daha əhaliyə müraciət edib.
İslamazeri.com xəbər verir ki, FHN-in müraciətində bildirilib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunması tövsiyə edilir.
FHN həmin müəssisələrin siyahısını da açıqlayıb.
https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).