Əraqçi İsrail mediasını yalanladı: Edam olmayıb...

Əraqçi İsrail mediasını yalanladı: Edam olmayıb...
Yayınlanma tarixi: 2/12/2026 11:30:01 AM

İran İslam Respublikasının xarici işlər naziri paylaşdığı mesajla sionist medianın yalan iddialarına reaksiya verib.

İslamazeri.com xəbər verir ki, İran XİN başçısı Seyid Abbas Əraqçi “X” sosial şəbəkəsində sionist medianın yalan iddialarına reaksiya verib.

“Miriam Adelsona bağlı media qurumu İranla bağlı hər hansı qalmaqallı iddia irəli sürdükdə soruşmaq lazımdır: bu iddia kimin maraqlarına xidmət edir? Hətta ABŞ prezidenti də əsas sədaqətinin hara (İsrailə) yönəldiyini etiraf edib.”, - Əraqçi qeyd edib.

O əlavə edib: “Adelsona məxsus media son yazısında, Netanyahunun Ağ Evdəki görüşündən cəmi bir saat əvvəl İranın Trampı ‘aldatdığını’ iddia edib.”

“Reallıq budur: heç bir edam həyata keçirilməyib, heç bir məhkəmə prosesi hələ yekunlaşmayıb və iki mindən çox məhbus əfv olunub.”, -deyə iranlı nazir yazıb.

Əraqçi sözlərini belə davam etdirib: “Təbliğ olunan bu narrativi qəbul etməzdən əvvəl düşünün: bundan kim fayda götürür və əslində kim kimi aldatmağa çalışır?”

Qeyd edək ki, Miriam Adelson  İsrailin ən geniş yayılmış qəzetlərindən biri olan Israel Hayomun nəşriyyatçısıdır və bu qəzetin fəaliyyətində böyük rol oynayır. Qəzet Adelson ailəsinə məxsusdur.

GÜNÜN MANŞETLERİ

Netanyahunun taleyi qeyri-müəyyən olaraq qalır
DÜNYA / MARAQLI

Netanyahunun taleyi qeyri-müəyyən olaraq qalır

3/10/2026 11:15:39 AM
ABŞ qoşunları Harir bazasından qaçır
DÜNYA / MARAQLI

ABŞ qoşunları Harir bazasından qaçır

3/10/2026 10:50:05 AM