Feysəl bin Fərhan: Ər-Riyad Tehranla danışıqları davam etdirməyə hazırdır

Feysəl bin Fərhan: Ər-Riyad Tehranla danışıqları davam etdirməyə hazırdır
Yayınlanma tarixi: 12/21/2022 4:50:04 PM

Səudiyyəli nazir ölkəsinin İranla danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

İslamazeri.com xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 2-ci Bağdad konfransı çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşüb.

İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan şəxsi Twitter hesabında belə bir paylaşım edib:

"İraqı dəstəklədiyimi bir daha təsdiqləmək üçün 2-ci Bağdad konfransında iştirak etdim. Bu görüş zamanı bəzi həmkarlarımla, o cümlədən Oman, Qətər, İraq, Küveyt və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə görüşmək imkanım oldu".

Bu görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri ölkəsinin İranla danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM