Quranla dərman: "Maidə" surəsinin fəzilətləri

Quranla dərman:
Yayınlanma tarixi: 18.03.2023 15:00:36

İslamazeri.com-un "Din" rubrikasından...

1-Əbul Carud Həzrət Bağırdən (ə) nəql edir ki, imam buyurdu: Hər kəs Maidə surəsini cümə axşamı oxusa, imanı zülmlə qarışmaz və heç vaxt Allaha şərik qərar verməz.
2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, hər kəs Maidə surəsini oxusa, Allah-taala yer üzünündəki bütün xiristianlar və yəhudilərin sayı qədər, ona muzd verər. Onun üçün on həsənə (savab) yazırlar, nameyi-əməlindən on günahı məhv olar, və on dərəcə yüksəyə qalxar. Əyyaşi öz mənbəsinə əsaslanaraq Əlidən (ə) nəql edib ki, Quranın bəzi ayələri bəzilərini nəsx (batil) edirdi. Onun icrası Peyğəmbərin əmri ilə idi, o vaxta qədər ki, Maidə surəsi nazil oldu və qabaqkı hökmlə bağlı olan ayələri nəsx etdi ancaq onun özündən bir şey nəsx olmadı. Bu surə nazil olan zaman Peyğəmbər bir qatıra minmişdi. Vəhyin ağırlığı o dərəcədə idi ki, qatırı hərəkət etməkdən saxladı və çox çəkmədi ki, onu yerə çökdürdü. Peyğəmbər elə bir hala düşdü ki, əlini Şeybət ibn Vəhəbin başına qoydu özünə gələnədən sonra Maidə surəsini bizə oxudu və biz hamımız ona əməl etdik.
Həmçinin əbi Həmzə Sumalidən nəql olunub ki, Maidə surəsi bütövlükdə, kamil surətdə nazil olunub, və onunla Maidə surəsi ilə birlikdə yetmiş min mələk yerə gəldilər.
Hər kəs sübh vaxtı bir söz danışmamışdan qabaq bu ayəni üç dəfə oxusa, həmin gün güman etmədiyi qədər ruzisi çoxalar. "Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən Minnəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrurraziqin. " (Maidə surəsi-114)
-Birinci gün sübh namazını qıldıqdan sonra dəstəmazlı halda iki rükət hacət namazı qılsın. Bu əməli qırx gün üzünü qibləyə tutub yüz dəfə salavat göndərsin və aşağıdakı ayəni (Maidə surəsi-114) əlli dəfə oxusun. Bu ayəni oxuduğu müddətdə heç kəslə danışmasın, işlərin fəth olunmasında bunun çoxlu təsiri vardır və təcrübə olunmuşdur. Amma ayənin məzmunu: "Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrurraziqin" (Maidə-114)
-Hər kəs sübh yuxusundan ayıldıqdan, və heç bir söz danışmamışdan əvvəl aşağıdakı ayəni üç dəfə oxusa, o gündə onun ruzisi güman etmədiyi yerdən gələr. Ayə: "Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrur-raziqin."

GÜNÜN MANŞETLERİ