Qətər: İsrail Ərəb ölkələrinin işğalına son qoymalıdır!

Qətər: İsrail Ərəb ölkələrinin işğalına son qoymalıdır!
Yayınlanma tarixi: 2.11.2022 18:02:00

Qətər hakimiyyəti həmçinin məskunlaşma fəaliyyətlərinin dərhal dayandırılması, fələstinli qaçqınların geri qaytarılması, Fələstin xalqının tarixi hüquqlarının yerinə yetirilməsi və müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayıb.

"İsrail ərəb ölkələrinin, o cümlədən Suriya, Qolan təpələri, Livan və Fələstin ərazilərinin işğalına son qoymalıdır"

İslamazeri.com xəbər verir ki, bunu Qətərin BMT-dəki daimi nümayəndəsi Aliyə əl-Sani deyib.

Aliyə Əl-Sani Təhlükəsizlik Şurasının dövri iclasındakı çıxışında deyib: “İki müstəqil dövlətlə həll planı Fələstin problemi üçün ən yaxşı düsturdur”.

Qətər hakimiyyəti həmçinin məskunlaşma fəaliyyətlərinin dərhal dayandırılması, fələstinli qaçqınların geri qaytarılması, Fələstin xalqının tarixi hüquqlarının yerinə yetirilməsi və müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayıb.

Qətərli diplomat bu məqsədə çatmağın ən yaxşı yolunun iki tərəf arasında danışıqlar olduğunu düşündüyünü və beynəlxalq ictimaiyyətin sülh prosesini asanlaşdırmaq və bütün problemləri həll etmək üçün hərəkətə keçməli olduğunu bildirib.

Qətərli diplomat "Qüds şəhərinin son həllə çatmaq üçün ən vacib məsələlərdən biri olduğunu" deyərək, bu şəhərdə müsəlmanların və xristianların müqəddəs saydıqları yerlərin tarixi və hüquqi statusunun hər cür aşağılanmasına qarşı xəbərdarlıq edib.

GÜNÜN MANŞETLERİ