Qadınların ən böyük zinəti - HİCAB

Qadınların ən böyük zinəti - HİCAB
Yayınlanma tarixi: 17.01.2023 17:43:01

İslamazeri.com-un "Din" rubrikasından...

Hicab nədir? Dünya və axirət xanımlarının xanımı Fatimeyi-Zəhra (s) belə buyurub. “Hicab qadının zinətidir.”

Hicab nemətdir! Hicab ucalıqdır! Hicab mənəviyyətdir! Hicab mədəniyyətdir! Hicab gözəllikdir! Hicab paklıqdır!

  Gözəl Allahımız hicabı qadın üçün vacib buyurub. Belə ki, Qurani-Kərimin ” Nur ” surəsinin 31 – ci ayəsində deyilir: ” Mömin qadınlara de ki, … öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstırməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər…”

  İslam bədxahlarının İslama ən çox irad tutduğu məsələlərdən biri qadın hicabıdır. Onlara görə, hicab İslam cəmiyyətində qadının təhqir olunması deməkdir. Halbuki, İslamda hicab qadın şəxsiyyətinə verilən ən yüksək qiymətdir. Belə ki, qadın şəxsiyyətinə hörmət və ehtiram bəxş edən bu örtükdür. Bu örtükdə məqsəd qadın vücudunu çirkin, qeyri-insani, cahilanə görünüşdən qoruyub və bu görünüşlə kişilərdə ehtiras, təmənna, şəhvət hisslərini təhrik etməməkdir. Bu örtük qadının əsl insani keyfiyyətlərlə yanaşı görünüşünü təmin edir.

  Bəli, qadın örtüyü İslamın aydın baxışlarına görə əslində elə bir təsirli vasitədir ki, qadının qadınlıq təbiətində yol verə biləcəyi özbaşınalığın qarşısını alır. Hicab qadına bir oyuncaq surət kimi tamaşa etmək, bu işdən ləzzət almaq üçün onun nümayiş etdirilməsinə icazə vermir. Əksinə qadın zinətlərini baxışlardan gizlədir ki, qadınlar ictimai yerlərdə zahir olduqda həm özlərinə və həmdə əks cinsə problem yaradmasınlar.

  Başqa sözlə hicabsızlığın zərəri varmı? Bəli, hicabsızlıq qadınların şəxsiyyətinə, həm də cəmiyyətə güclü zərbələr vurur. Belə ki, normal cəmiyyətdə insanların ruhi sakitliyinə təminat verilməlidir. Qadınların örtüksüzlüyü kişiləri həyəcanlandırır, bəzən isə cinayəıtlər də baş verir. Örtüksüzlüyə rəvac verən cəmiyyətlərdə qadın şəxsiyyəti tənəzzül edir, qadınlar istedadlarına görə yox, xarici görünüşlərinə görə qiymətləndirilirlər. Bu gün dünya istismarçıları qadına “hicabını at”, “azad ol” deyirlər. Əsl azadlıq isə bədənin yox, şəxsiyyətin azadlığıdır. Əgər çılpaqlıq azadlıqdırsa, heyvanlara həsəd aparmağımız gərəkdir! İslam dini isə məhz şəxsiyyəti qorumaq üçün qadına çay daşı tək çılpaqlığı yox, qiymətli dürr kimi sədəfdə örtünməyi tövsiyə edir.

GÜNÜN MANŞETLERİ