Pakistanda növbəti terror aktı: Onlarla ölü və yaralı var

Pakistanda növbəti terror aktı: Onlarla ölü və yaralı var
Yayınlanma tarixi: 25.04.2023 16:51:15

Hücum Xeybər-Paxtunxva əyalətinin Svat bölgəsində törədilib.

Pakistanın şimal-qərbində terror aktı törədilib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, hücum Xeybər-Paxtunxva əyalətinin Svat bölgəsində törədilib.

Terrorçuların hədəfi Pakistan Terrorçuluqla Mübarizə İdarəsinin əməkdaşları olub.

Nəticədə 8 polis əməkdaşı həyatını itirib, daha 57 nəfər isə yaralanıb.

İki partlayış törədilib, blokpost tikilisi tamamilə dağılıb.

Hadisə yerində xilasedicilər işləyirlər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, terror aktı kamikadze tərəfindən törədilib.

GÜNÜN MANŞETLERİ