Pakistanda İmran Xana edilən hücuma etiraz olunub

Pakistanda İmran Xana edilən hücuma etiraz olunub
Yayınlanma tarixi: 4.11.2022 18:04:56

Dünən silahlı hücumda yaralanan keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı (PTI) ölkə daxilində cümə namazından sonra etiraz aksiyası keçirməyə qərar verib.

İslamazeri.com xəbər verir ki, Pəncab əyalətinin Ravalpindi şəhərində Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalar baş verib.

Cümə namazından sonra Pakistan daxilində İmran Xana edilən hücuma etiraz edilib.

Bu toqquşmalarda xəsarət alanlar və yaralananlar var.

Digər tərəfdən, polis Xana hücum edən şəxsin narkotik aludəçisi olduğunu açıqlayıb.

Hücum edən şəxsin 46 güllə satın aldığını və hücumdan əvvəl məscidin damına çıxmaq istədiyini qeyd edən polis, təhlükəsizlik qüvvələrinin buna icazə vermədiyini vurğulayıb.

İstintaqın məlumatına görə, təcavüzkar 9 mm-lik tapançadan istifadə edib. 

Hadisə yerindən 11 ədəd boş patron darağı aşkar edilib. Onlardan 9-nun tapança, 2-nin isə daha iri tüfəngə aid güllə olduğu bildirilir.

GÜNÜN MANŞETLERİ