Pakistan Kəşfiyyat İdarəsinin müavini öldürülüb

Pakistan Kəşfiyyat İdarəsinin müavini öldürülüb
Yayınlanma tarixi: 4.01.2023 11:44:00

Pəncabda terror aktı nəticəsində Kəşfiyyat Xidmətinin rəis müavini Navid Sadiq Səyyal bir təhlükəsizlik əməkdaşı ilə birlikdə həlak olub.

Pakistan Kəşfiyyat İdarəsinin rəis müavini Navid Sadiq Səyyal sui-qəsd nəticəsində dünyasını dəyişib.

İslamazeri.com xəbər verir ki, Pəncabda terror aktı nəticəsində Kəşfiyyat Xidmətinin rəis müavini Navid Sadiq Səyyal bir təhlükəsizlik əməkdaşı ilə birlikdə həlak olub.

Hücuma münasibət bildirən Pakistan daxili işlər naziri Rana Sanaullah Pəncabda təhlükəsizlik vəziyyətinin narahatedici olduğunu deyib.

Sənaullah əyalət hökumətindən gələcəkdə belə hücumların qarşısını almaq üçün lazımi tədbirlər görməsini istəyib.

Bu saata qədər heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

GÜNÜN MANŞETLERİ