Ölkəmizdə son ayda ən çox istifadə olunan sosial şəbəkələr - SİYAHI

Ölkəmizdə son ayda ən çox istifadə olunan sosial şəbəkələr - SİYAHI
Yayınlanma tarixi: 1.11.2021 16:31:34

Bu ilin oktyabr ayında Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələrin adları açıqlanıb.

Bu ilin oktyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 0,02 faiz bəndi azalıb.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, noyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 56,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 46,4 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı oktyabr ayı ərzində 0,3 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin noyabr ayının 1-nə 15,4% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 58 faiz bəndi azdır.

Bu ilin oktyabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,7 faiz bəndi artıb. Noyabrın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 11,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 7,2%, "Twitter" – 4,6%, "Tumblr" – 2,3%, "VKontakte" – 0,6% və s.

GÜNÜN MANŞETLERİ