Nigeriyanın şimal-şərqində Boko Haram və ISWAP terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 103 terrorçu zərərsizləşdirilib.
İslamazeri.com xəbər verir ki, Nigeriyanın şimal-şərqində Boko Haram və ISWAP terror təşkilatlarına qarşı keçirilən əməliyyatlarda 103 terrorçu zərərsizləşdirilib.
Nigeriya Müdafiə Nazirliyinin mətbuat katibi Musa Danmadami ordunun son 3 həftədə Borno əyalətinin müxtəlif bölgələrində Boko Haram və ISWAP terror təşkilatlarına qarşı havadan və qurudan əməliyyatlar keçirdiyini bildirib.
Danmadami əməliyyatlar zamanı 103 terrorçunun zərərsizləşdirildiyini, 22 terrorçunun isə ələ keçirildiyini qeyd edib.
Əməliyyatlar zamanı terrorçular tərəfindən girov götürülən 30 nəfərin xilas edildiyini bildirən Danmadami 280 terrorçunun ailələri ilə birlikdə orduya təslim olduğunu deyib.
Son illərdə təşkil edilən əməliyyatlara baxmayaraq təşkilat hələ də Nigeriya üçün ciddi təhlükəsizlik problemi yaradır.
Nigeriyada 2009-cu ildən bəri Boko Haramın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həlak olub.
Terror təşkilatı 2015-ci ildən etibarən Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir. Təşkilatın Çad gölü hövzəsində törətdiyi hücumlarda ıazı 2000 adam həyatını itirib.
Terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalır.