Nigeriyada bütpərəstlər məscidə hücum edib

Nigeriyada bütpərəstlər məscidə hücum edib
Yayınlanma tarixi: 4.04.2023 16:08:13

Nigeriyada bütpərəstlər məscidə hücum edib.

Nigeriya Müsəlman Təşkilatı radikal bütpərəst qruplaşmaların aqressiyasına son qoymaq tələbi ilə ölkə rəhbərliyinə müraciət edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, müraciətə səbəb Osun ştatındakı İlare yaşayış məntəqəsindəki məscidə edilən hücum olub.

Oro cərəyanının ardıcılları müqəddəs Ramazan ayında müsəlmanlara qarşı bu cinayəti törədiblər.

Bu islamofob hücum nəticəsində İdi-Omo məscidinin imamı Əbdül-Lətif hacı Adesian, həmçinin 3 müsəlman xəsarət alıb.

Nigeriyanın Müsəlman-Vəkillər Assosiyasiyası və Nigeriya Müsəlman İcması ölkədəki müsəlman ibadətgahlarının təhlükəsizliyinin təmin edilməsi və Osun ştatında məscidə hücum edən Oro cərəyanının ardıcıllarının həbs edilməsi tələbi ilə ölkə rəhbərliyinə səsləniblər.

GÜNÜN MANŞETLERİ