Nəsrullah: İŞİD ABŞ-ın xidmətindədir

Nəsrullah: İŞİD ABŞ-ın xidmətindədir
Yayınlanma tarixi: 28.10.2022 10:23:10

Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah verdiyi açıqlamada gündəmi dəyərləndirib.

"Bu gün İŞİD Əfqanıstan, İran və qonşu ölkələrdəki insanları hədəfə almaq üçün Amerika hökumətinin xidmətindədir"

İslamazeri.com xəbər verir ki, bunu Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən etdiyi çıxışında bildirib.

Seyid Həsən Nəsrullah deyib:

"Birinci məsələ İŞİD-in İranın Şiraz şəhərində həyata keçirdiyi dəhşətli qətliamdır. Bu hücuma görə İran lideri Ayətullah Xameneiyə, İran xalqına və hökumətinə başsağlığı veririk. 

Bu gün İŞİD Əfqanıstan, İran və qonşu ölkələrdəki insanları hədəfə almaq üçün Amerika hökumətinin xidmətindədir.

Qasım Süleymani, Əbu Mehdi Əl-Mühəndis və Seyid Mustafa Bedrəddin kimi tanınmış komandirlərin cihadı olmasaydı, Şirazda baş verənlər hər gün İranda, Livanda, Suriyada, İraqda da baş verəcəkdi. 

İrandakı qarışıqlığı idarə edən ABŞ hökuməti indi adamlarını Zahidan və Şiraza göndərir".

Livanla İsrail arasında Dəniz Sərhəd müqaviləsinə münasibət bildirən Seyid Həsən Nəsrullah deyib:

"Hizbullahın sionist rejimlə sərhədi müəyyən etmək vəzifəsi sona çatdı. Demarkasiya işində əldə edilən, Livan hökumətinin, millətinin və müqavimətinin böyük qələbəsidir. Bu gün sionist rejimlə imzaladığımız sənəd beynəlxalq sənəd deyildi, sərhəd müəyyən etmək üçün sənəd idi. Normallaşma mövzusunda irəli sürülən hər hansı iddia əsassızdır".

GÜNÜN MANŞETLERİ