İslamazeri.com-un "Din" rubrikasından...
İnsanın elə xüsusiyyətləri var ki, qədim və ya müasir zamanla heç bir bağlılığı yoxdur. Məsələn, insanın daxilində - mənəviyyatında “özünüdüzətlmə” və ya “özünüqurmaq” xüsusiyyətinin olduğu inkar etmək olmaz. Bu isə onu məsələnin həlli üçün yeni yollar tapmağa vadar edir.
Müasir dövrdə fəsad amillərinin və vasitələrinin daha güclü olduğu nəzərə almaqla belə bir suala cavab axtaraq:
Hər bir şeyin yaranması üçün bir sıra müqəddimə və ibtidai işlərin yerinə yetməsi lazımdır. Günahlara nifrət etmək və xeyir əməlləri sevmək üçün də şərait olmaldır. O şərait hazır olmadıqca günahı tərk etmək çox çətindir.
Belə bir dövrdə tam şəkildə günahdan uzaq qalmaq olarmı?
Əmirəlmömin (ə) buyurub: “İnsan yaxşlığın quludur.” İnsan yaxşılığını gördüyü şəxsin önündə təvazökarlıq göstərir və çalışır ki, hər hansı bir şəkildə onun yaxşılığının əvəzini ödəsin. Beləliklə də əgər insan onun əlində olan nemətlərin Allaha aid olduğunu nəzərə alsa Onun qarşısında da təvazökarlıq hissini duyacaq. Bu hiss isə bəndəliyi onun üçün asanlaşdıracaq. Allahın Rəsuluna (s) aid edilərn bir hədisdə belə deyilir:
“Ey Allah bəndələri! Siz xəstələr kimisiniz. Aləmlərin Rəbbi həkim kimidir. O xəstəliyin müalicəsini həkim bilir.Xəstəlik dövründə meyliniz çəkdikləri (onun dərmanı) deyil; Allah bilir, siz bilmirsiniz!" İnsan bu həqiqətin əldə etsə anlayacaq ki, Allah- taalanın nəhy etdiyi bir işin mütləq bir zərəri var. Əgər bir işi yerinə yetirməyə əmr edibsə mütləq onda bir zəruri məsləhət var. Nəticədə Allahla qarşı çıxmq özünə qarşı çıxmaq, ilahi fərmanları yerinə yetirmək isə özünün xeyrini kəsb etmək üçün olacaq. Nəticədə insan analyır ki, günah, onun özünə zərər vurur. Beləlik də insanın günah üçün stimulu azalır.
Bütün günahların mənfi təsirləri var ki, öncə onların təsiri məxfi olur. Onun məxfi olması o günahın təsirsiz olmasına görə deyil. Mələsən, xərcəng xəstəliyin elə növləri var ki, insan ağrı hiss etmir və o xəstəliyə tutulan ölüm astanasında olan zaman xəstəliyini anlayır. Günahlar, dağıdıcı təsirlərə malikdir ki, ilk anlarda o, özünü göstərmir. Qurani-kərimdə buyurulduğu kimi:
“Başınıza gələn hər bir müsibət sizin əmələnizə görədir və Allah sizin günahlarınızdan çoxunu əfv edir.” (“Şura” surəsi, ayə: 30)
İmam Sadiq (ə) buyurub: “ Bir fərd günah edir və nəticədə gecə namazından məhrum olur. Pis əməlin onun sahibinə təsiri bıçağın ət üzərində olan təsirindən daha çoxdur.”
Rəvayətlərə əsasən günahların nəticəsi –təsiri aşağıdakılardan ibarətdir:
1. Ruzidən məhrum olmaq
2. Ruzinin azalması
3. Unutqanlıq
4. Gecə namazı və mənəviyyatdan məhrum olmaq
5. Problemlər (Xəstəlik, bədbəxt hadisələr, qəfil ölüm, əzizləri itirmək.)
6. Ömrün qısalması
7. Ürəyin daşlaşması
8. Ürəyin dəyişməsi – elə bir şəkildə ki, bir daha onun üçün nəsihət təsirsiz olsun və haqqı qəbul etməsin.
9. Yeni bir günaha görə yeni bir xəstəlik tapmaq; (İmam Rza (ə) bu barədə buyurub: “ Hər vaxt Allah bəndələri öncələr olmamış bir günah etsələr, Allah onlar üçün öncə göndərmədiyi bir bəla göndərər.”
Həzrət Əli (ə) buyurub: “ Ləzzətlərin sona çatdığını və onların təsirlərinin qalacağını düşünün!”