Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 28-nə keçən gecə Naxçıvan dəmir yolu stansiyası ərazisindəki kafelərin birindən 527 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Fərəczadə müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyindən "İslamazeri.com"a verilən xəbərə görə, araşdırma aparılır.