Müdafiə Nazirliyinin keçmiş baş zabitinin istintaqı yekunlaşıb

Müdafiə Nazirliyinin keçmiş baş zabitinin istintaqı yekunlaşıb
Yayınlanma tarixi: 1/13/2023 1:24:59 PM

Cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində istintaq yekunlaşıb.

İslamazeri.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

İstintaq dövründə onun MN-in bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq rüşvət aldığı üzə çıxıb.

İstintaq materiallarına əsasən Z.Niftəliyevin vəzifədə olan zaman əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların xidməti yerdəyişmələrini təşkil etdiyi və s. cinayətlər törətdiyi məlum olub.

Z.Niftəliyevin cinayət işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb.

Qeyd edək ki, “Şlyapa Zahid” ləqəbi ilə tanınan baş zabit həm də Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab edilirdi.

GÜNÜN MANŞETLERİ

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsraillə əlaqəli daha bir yük gəmisini məhv edib

4/6/2026 5:30:01 PM
Qəribabadidən Trampın təhdidlərinə CAVAB
REGİON / İRAN

Qəribabadidən Trampın təhdidlərinə CAVAB

4/6/2026 2:14:10 PM
İlham Əliyev və İrakli Kobaxidze arasında görüş
REGİON / GÜRCÜSTAN

İlham Əliyev və İrakli Kobaxidze arasında görüş

4/6/2026 2:08:43 PM