MM-də medianın mövcud durumu müzakirə olunacaq

MM-də medianın mövcud durumu müzakirə olunacaq
Yayınlanma tarixi: 25.01.2023 14:25:13

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.

Milli Məclisdə medianın və sosial şəbəkələrin mövcud durumu müzakirə olunacaq.

İslamazeri.com xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-ci il yaz sessiyası üçün iş planına daxil edilib.

Belə ki, parlamentdə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin və aparatıın, həmçinin Medianın İnkişafı Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək.

GÜNÜN MANŞETLERİ