İsrail əsgərləri 5 və 6 yaşlı fələstinli uşaqları güllələyərək öldürüb

İsrail əsgərləri 5 və 6 yaşlı fələstinli uşaqları güllələyərək öldürüb
Yayınlanma tarixi: 3/17/2026 12:26:09 PM

İsrail əsgərləri 5 və 6 yaşlı uşaqları güllələyərək öldürüb.

İsrail hərbçiləri fələstinli ailəni qətlə yetirib.

İslamazeri.com xəbər verir ki, hadisə işğal altındakı Təmmun şəhərin baş verib.

İsrail əsgərləri içərisində ata, ana və onların 4 oğlunun olduğunu avtomobili atəşə tutublar. Ailə başçısı 37 yaşlı Əli, onun 35 yaşlı xanımı Vaad və onların 5 və 6 yaşlı iki oğlu hadisə yerindəcə aldıqları yaralardan dünyalarını dəyişiblər. Yetim qalan digər iki uşaq isə sağ qala bilib.

Şahidləri bildirir ki, İsrail əsgərləri əraziyə əlavə qüvvələr çağırıblar, həkimlərə isə yaralılara baxmağa imkan vermədiyi üçün onlar həyatlarını itiriblər.

Fələstin Xarici İşlər Nazirliyi bu hadisəni edama bənzədib və qeyd edib ki, İsrail Fələstin xalqını qırmağa davam edir və onları məcburi köçə vada etməyə çalışır.

GÜNÜN MANŞETLERİ