Mahmud Abbas: ABŞ və Britaniya Fələstin xalqından üzr istəməlidir!

Mahmud Abbas: ABŞ və Britaniya Fələstin xalqından üzr istəməlidir!
Yayınlanma tarixi: 12/10/2022 10:52:58 AM

"Amerika və Britaniya Fələstin xalqından üzr istəməli və bədnam Balfour Bəyannaməsinin imzalanmasına görə onlara təzminat ödəməlidir".

"Amerika və Britaniya Fələstin xalqından üzr istəməlidir"

İslamazeri.com xəbər verir ki, bunu Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas deyib.

Mahmud Abbas Ər-Riyadda ərəb ölkələri və Çinin birgə iclasında deyib:

"Amerika və Britaniya Fələstin xalqından üzr istəməli və bədnam Balfour Bəyannaməsinin imzalanmasına görə onlara təzminat ödəməlidir.

İsrailin Fələstin xalqına və düşərgələrinə qarşı törətdiyi cinayət və qətllərə göz yuman, 74 ildir Fələstin torpaqlarında işğalçı rejimin mövcudluğunu izləyən beynəlxalq sistemin nə dərəcədə faydalı və ciddi olması sual altındadır.

Beynəlxalq ictimaiyyətdən beynəlxalq hüququn dəyər və prinsiplərinə hörmət etməyən heç bir İsrail hökuməti ilə qarşılıqlı əlaqədə olmamasını xahiş edirik.

Biz Fələstinin Birləşmiş Millətlər Təşkilatına üzv olmaq hüququna sadiqik və Fələstin xalqına beynəlxalq dəstək tələb edirik.

Biz Vahid Çin siyasətini dəstəkləməkdə Pekinin yanındayıq və Çin prezidentinin Fələstin xalqını dəstəkləməkdə qətiyyətli mövqeyini yüksək qiymətləndiririk".

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM