Mahmud Abbas ABŞ dövlət katibini qəbul edib

Mahmud Abbas ABŞ dövlət katibini qəbul edib
Yayınlanma tarixi: 1.02.2023 12:15:55

Mahmud Abbas ABŞ dövlət departamentinin rəhbəri E.Blinkeni qəbul etdikdən sonra mətbuata açıqlama verib.

ABŞ dövlət katibi Entoni Blinken İsraildəki təmaslarını tamamladıqdan sonra Ramallahda Fələstin dövlət başçısı Mahmud Abbas ilə bir araya gəlib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Mahmud Abbas ABŞ dövlət departamentinin rəhbəri E.Blinkeni qəbul etdikdən sonra mətbuata açıqlama verib.

“İki dövlətli həll uğrunda atılan addımlardan nəticə əldə edilməməsi, imzalanmış razılaşmaların həyata keçirilməməsi, işğalı sonlandıraraq yeni yaşayış məntəqələrinin salınmasının qarşısının alınması kimi sahələrdə lazımlı beynəlxalq səylərin göstərilməməsi, Fələstinin rəsmiyyətdə tanınmaması və Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün təsdiqlənməməsinin məsuliyyəti İsrailin üzərinədir. Fələstin xalqının qanuni hüquqlarının beynəlxalq platformalarda müdafiə edilməməsi və Fələstin xalqının qorunması uğrunda edilən səylərin qarşısının alınması, İsraili daha çox cinayət törətməyə və beynəlxalq hüququ pozmağa sövq edir”.

Fələstin administrasiyasının “zorakılıq etməməyə” çalışdığını və həmişə imzalanmış müqavilələrə sadiq qaldığını ifadə edən Mahmud Abbas, İsrailin işğalına son qoymaq və siyasi dialoqu bərpa etmək üçün ABŞ və beynəlxalq ictimaiyyətlə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

GÜNÜN MANŞETLERİ