"Al-Manar" telekanalı Hizbullahın son üç saat ərzində İsrail ordusunun mövqelərinə endirdiyi zərbələrlə bağlı geniş məlumat yayıb.
İslamazeri.com xəbər verir ki, Livanın "Al-Manar" telekanalı Hizbullahın (İslami Müqavimət) son üç saat ərzində İsrail ordusunun mövqelərinə endirdiyi zərbələr və bölgədəki hərbi aktivliklə bağlı geniş məlumat yayıb.
Raket və PUA hücumları
-
Meron Bazası: İşğal altındakı Fələstinin şimalında yerləşən Hava Əməliyyatlarını İdarəetmə və Müşahidə bazası iki dəfə hədəf alınıb. İlk hücum kamikadze PUA sürüsü ilə, ikinci hücum isə intensiv raket zərbələri ilə həyata keçirilib.
-
Colan Təpələri: Suriyanın işğal olunmuş Colan yüksəkliklərindəki "Ketsafia" bazası, "Tsnobar" logistika bazası və "Kela" kazarması raket atəşinə tutulub.
-
Məskunlaşma Məntəqələri: İsrailin şimalındakı Kiryat Şmona və Avivim yaşayış məntəqələrinə raket zərbələri endirilib.
İnsan qüvvəsi və texnikanın vurulması
-
Merkava Tankı: Əl-Xiyam həbsxanasının şimalında İsrailə məxsus "Merkava" tankı idarəolunan raketlə birbaşa vurularaq sıradan çıxarılıb.
-
Zirehli Texnika: Taybeh layihəsi ərazisində İsrail ordusuna məxsus "D9" zirehli buldozeri idarəolunan raketlə hədəf alınıb.
-
Canlı Qüvvə: Kfar Yuval yaşayış məntəqəsinin şimalındakı Hədbətül-İcl mövqeyində, həmçinin Əl-Xiyam və Taybeh ərazilərində cəmləşən İsrail əsgərləri raket zərbələri ilə vurulub.