Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb.
Bu barədə "İslamazeri.com"a Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb.
Timor-Leste Prezidentinin Azərbaycana ilk səfərinin iki ölkə arasında münasibətlərin inkişafına müsbət təsir göstərəcəyinə ümidvarlıq ifadə edilib.
Timor-Leste Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı müzakirə edilən məsələlərə, həmçinin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə perspektivlərinə dair fikir mübadiləsi aparılıb.