Ələt-Astara magistral yolunda qəza, ölən var

Ələt-Astara magistral yolunda qəza, ölən var
Yayınlanma tarixi: 9.01.2023 10:01:12

Hadisə zamanı qoşqu açılıb, un kisələri yola tökülüb.

Salyanda iki "Kamaz" markalı maşının toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

İslamazeri.com xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Kamaz" markalı yük maşını qarşıda gedən unla dolu eyni adlı yük maşınının qoçqusuna, sonra isə beton maneəyə çırpılıb. Hadisə zamanı qoşqu açılıb, un kisələri yola tökülüb. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

GÜNÜN MANŞETLERİ