Kənani: İsrailin tarixi zülm, qətliam və işgəncələrlə doludur

Kənani: İsrailin tarixi zülm, qətliam və işgəncələrlə doludur
Yayınlanma tarixi: 10/1/2022 2:23:08 PM

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Aparteid İsrail rejiminin tarixi terror, qətliam, işgəncə və uşaqların qırğın edilmələrilə doludur.

İslamazeri.com xəbər verir ki, Nasir Kənani sionist rejimin uşaq öldürmələrinin davam etməsinə işarə ilə bir tvittdə yazıb: Muhəmməd Əl-Durrahdan tutmuş Riyan Süleymanadək aparteid İsrail rejiminin tarixi terror, qətli-am, işgəncə və uşaqların qırğın edilmələrilə doludur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Riyan və digər şəhid fələstinli uşaqlar yalançı insan hüquqları iddiaçıları və münasibətləri adiləşdirmə sükutunun qurbanlarıdırlar.

Sionist hərbçilərin Beyt-Ləhmin şərqində yerləşən Tuqu kəndinə qarşı basqını nəticəsində dünən Riyan Yasir Süleyman adlı bir yeddi yaşlı fələstinli uşaq şəhid edilib.

Fələstinli mediaların bildirdiklərinə görə, fələstinli məktəblilərin sionist rejim qüvvələri tərəfindən təqib edilmələri nəticəsində bu uşaq qaçarkən hündür bir yerdən yerə yıxılıb və şəhid olub.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM