İsveç müsəlmanların məktəblərini bağlamağa başladı

İsveç müsəlmanların məktəblərini bağlamağa başladı
Yayınlanma tarixi: 4.01.2023 15:29:10

İsveçdə müsəlman ailənin 8 və 12 yaşlı övladları Stokholmdakı sevimli məktəblərinin bağlandığın öyrəndikləri zaman məyus olublar.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu və digər müsəlman ailələr İsveç Məktəblərin İşlərinin İnspeksiyasından bildiriş alıblar.

Qeyd edilib ki, “Əzhər” özəl islami məktəbi “qeyri-münasib idarə keyfiyyəti” bəhanəsilə bağlanıb.

Bizi cəmi 1 ay öncə məlumatlandırıblar… Mənə heç bir detal barədə məlumat vermədilər. İslam dini ilə bağlı dərslər təhsil proqramının cəmi 5 faizini təşkil edirdi. Uşaqlarıma məktəbin qapadıldığını deyəndə onlar günlərlə ağladılar“, – deyə müsəlman ailələrdən biri bildirib.

Xatırladaq ki, 2019-cu ildən bəri İsveç rəhbərliyi müxtəlif bəhanələrlə 19 özəl islami məktəbi qapadıb. Hal-hazırda iki məktəbin qapadılması ilə bağlı iş də məhkəmədədir.

İsveç İslami Məktəblər Assosiyasiyası hesab edir ki, müsəlman məktəblərinin bağlanması qərarları siyasidir və hakimiyyətin islamofob dəst-xəttini əks etdirir.

GÜNÜN MANŞETLERİ