İsveç İraqa 10 milyon dollardan çox ianə etdi

İsveç İraqa 10 milyon dollardan çox ianə etdi
Yayınlanma tarixi: 19.11.2022 11:02:01

İsveç İraqın iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün göstərdiyi səyləri dəstəkləmək məqsədilə bu ölkəyə 10,2 milyon dollar ianə edib.

İslamazeri.com xəbər verir ki, İraqın rəsmi İNA xəbər agentliyinin yaydığı xəbərə əsasən, İraq Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Misak Əbdülhüseyin İsveçin iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrə etdiyi  beynəlxalq yardımlar çərçivəsində İraqı dəstəklədiyini önə çəkib.
Əbdülhüseyn bildirib ki, 10,2 milyon dollarlıq ianə ölkənin mərkəzi və cənub bölgələrində yaşayanlara ağıllı kənd təsərrüfatı proqramlarını inkişaf etdirmək, sudan istifadəni yaxşılaşdırmaq və fermerlərin mübarizəsini dəstəkləmək üçün istifadə ediləcək.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İraq  üzrə nümayəndəsi Salah əl-Hac Həsən ianə ilə bağlı sazişin İsveçin Bağdaddakı səfiri Cessika Svardstromun iştirakı ilə paytaxt Bağdadda imzalandığını qeyd edilir.

GÜNÜN MANŞETLERİ