İstehlaka yararsız qida məhsulları məhv edilib

İstehlaka yararsız qida məhsulları məhv edilib
Yayınlanma tarixi: 22.02.2023 11:34:14

Bu barədə AQTA-dan məlumat verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib.

AQTA-dan "İslamazeri.com"a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə daxil olan müraciət əsasında, “Milla Dairy” MMC-yə məxsus 2 adda 12,5 ton müxtəlif növ dondurma məhsulu, “Qurman Plyus” MMC-yə məxsus 15 ton müxtəlif növ ət və süd məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

GÜNÜN MANŞETLERİ