İsrailin yeni tələbi: Fələstinlilərin evləri sökülməlidir

İsrailin yeni tələbi: Fələstinlilərin evləri sökülməlidir
Yayınlanma tarixi: 23.01.2023 13:16:50

İsrail rejimi məskunlaşma naziri Orit Strook müdafiə və təhlükəsizlik naziri Yoav Qalantdan İordan çayının qərb sahilinin müxtəlif bölgələrində son illərdə tikilmiş onlarla fələstinlilərin evinin sökülməsini istəyib.

İsrail rejiminin ekstremist kabinetinin məskunlaşma naziri İordan çayının qərb sahilində onlarla məhəllə və yüzlərlə fələstinli evinin sökülməsini tələb edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsrail rejimi məskunlaşma naziri Orit Strook müdafiə və təhlükəsizlik naziri Yoav Qalantdan İordan çayının qərb sahilinin müxtəlif bölgələrində son illərdə tikilmiş onlarla fələstinlilərin evinin sökülməsini istəyib.

İsrailli nazir belə bir iddia ilə çıxış edib:

Fələstin rəhbərliyinin tikintisinə icazə verdiyi bu evlər və onlarla başqa məhəllə Oslo razılaşmasına əsasən yəhudi millətinə məxsus “C” bölgəsində tikilib. Fələstinlilər bu evləri qanunsuz və icazəsiz tikiblər.

İsrail kabineti çalışacaq ki, işğal altında olan onlarla qəsəbə və yığma evlər tezliklə yeni yaşayış massivi kimi tanınsın".

GÜNÜN MANŞETLERİ