Kiberhücum nəticəsində İsrailin üç ən böyük mühəndislik şirkətinin məlumat bazaları ələ keçirilib.
İslamazeri.com-un "Eastnews.org"-a istinadən verdiyi xəbərə görə, İsrailin aparıcı qurum və şirkətlərinə edilən son kiberhücumlardan sonra bir haker qrupu dünən rejimin üç ən böyük mühəndislik şirkətini sındıraraq onların məlumat bazalarını ələ keçirib. "Yedioth Aharonot" qəzeti ötən həftə Müdafiə naziri Benni Qantz və yüzlərlə hərbçinin görüntülərini yayımlayan haker qrupunun "Musanın əsası" kimi tanındığını bildirib. Məlumata görə, qrup son kiberhücumda mühəndislik firması "Ehud Lothian", "David" və H.G.M-ni sındırıb. "The Jerusalem Post" qəzeti də bu xəbəri verərək yazıb ki, üç mühəndislik şirkətindən sızdırılan məlumatlarda layihələr, xəritələr, müqavilələr, şəkillər, məktublar və video konfrans görüntüləri var. "Musanın əsası" haker qrupu sızdırdıqları məlumatların onlarda olan bütün məlumatları ehtiva etmədiyini və qalan məlumatları tədricən açıqlayacaqlarını bildirib.