İsrail təyyarələri yenidən Livanın hava məkanını pozub

İsrail təyyarələri yenidən Livanın hava məkanını pozub
Yayınlanma tarixi: 11/5/2022 11:21:50 AM

Livan İsrail qüvvələrinə məxsus 1 kəşfiyyat və 4 döyüş təyyarəsinin hava məkanını pozduğunu açıqlayıb.

İslamazeri.com xəbər verir ki, Livan ordusundan verilən yazılı açıqlamada bildirilib:

"Düşmən İsrailə məxsus 4 döyüş təyyarəsi cümə axşamı Livanın hava məkanını pozub. Sözügedən təyyarələr Livanın müxtəlif bölgələrində dairəvi uçuşlar etdikdən sonra Beyrutun qərbindən dəniz üzərində Livan səmasını tərk ediblər".

Bəyanatda həmçinin qeyd olunub ki, İsrail təyyarələrinin hava məkanını pozması məsələsi Birləşmiş Millətlər Təşkilatının Livan üzrə Müvəqqəti İşçi Qrupu (UNIFIL) ilə koordinasiyalı şəkildə izlənilib.

Xatırladaq ki, oktyabrın 22-də Livan ordusu Tel-Əviv rejiminə məxsus pilotsuz uçuş aparatının Livanın hava məkanını pozduğunu açıqlamışdı.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM