İsrail qüvvələrinin hücumu nəticəsində onlarla fələstinli yaralanıb

İsrail qüvvələrinin hücumu nəticəsində onlarla fələstinli yaralanıb
Yayınlanma tarixi: 21.10.2022 12:05:10

Ötən gecə İsrail qüvvələri İordan çayının qərb sahilindəki “əl-Xəlil” şəhərinə hücum edərək onlarla fələstinlini yaralayıblar.

İslamazeri.com xəbər verir ki, Fələstin Administrasiyası son hadisələrlə bağlı bəyanat yayıb.

Dünən verdiyi açıqlamada İsrail əsgərlərinin Nablus şəhərini mühasirəyə alması və Məscidül-Əqsa və şəhərlərə basqınlarının Fələstin xalqı və rəhbərliyinə qarşı total müharibə elanı olduğunu bildirib.

Fələstin Prezidentinin sözçüsü Nabil Əbu Rudeynenin imzası ilə yayımlanan bəyanatda İsrailin gərginliyi artırdığı və xalqı partlayış həddinə çatdırdığı qeyd edilib.

“Bu siyasət təhlükəsizlik və sabitlik gətirməyəcək, əksinə vəziyyəti təhlükəli edəcək. Fələstin xalqı heç bir halda işğalın davam etməsini qəbul etməyəcək", - açıqlamada bildirilib.

Rudeynə vurğulayıb ki, Nablusdakı mühasirə və şəhərlərə, kəndlərə, qaçqın düşərgələrinə, Hebron şəhərindəki Hərəm-i İbrahim məscidinə və Məscidül-Əqsaya edilən basqınlar Fələstin xalqı və rəhbərliyinə qarşı total müharibə elanıdır.

Rudeynə bildirib:

"Bölgədəki gərginlik və qarşıdurmalar Fələstin məsələsinin Fələstin xalqı və rəhbərliyinin razılığını alacaq ədalətli həlli olmadan həll edilə bilməz".

Fələstin Qızıl Aypara Cəmiyyəti ötən gün İordan çayının qərb sahilində fələstinli gənclərlə sionist qüvvələr arasında baş verən toqquşmalarda 100 fələstinlinin yaralandığını açıqlayıb.

Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tarık İzzəddin sionist işğalçı rejimin qətllərini pisləyib və bildirib ki, gec-tez sionistlər öz əməllərinin əvəzini verəcəklər.

GÜNÜN MANŞETLERİ