İsrail qüvvələrinin hücumu nəticəsində 20 fələstinli yaralanıb

İsrail qüvvələrinin hücumu nəticəsində 20 fələstinli yaralanıb
Yayınlanma tarixi: 11/20/2022 6:03:06 PM

İsrail əsgərlərinin İordan çayının qərb sahilinin müxtəlif hissələrinə hücumu nəticəsində 23 fələstinli yaralanıb.

İslamazeri.com xəbər verir ki, İsrail ordusunun işğal olunmuş ərazilərdə Fələstin vətəndaşlarına qarşı düşmənçilik hərəkətləri davam edir.

Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, sionist əsgərlər Nablus şəhərinin şərqində, İordan çayının qərb sahilində yerləşən Beyt Desen qəsəbəsinə təşkil etdikləri hücumda biri 7 yaşlı uşaq olmaqla 23 fələstinlini yaralayıblar.

Nablusun Beyt Desen qəsəbəsində keçirilən həftəlik nümayişə də işğalçı qüvvələr müdaxilə edib.

İşğal əsgərləri nümayişçilərin üzərinə rezin üzlüklü güllələr və qaz bombaları atıblar.

Qızıl Aypara rəsmiləri, qruplarının Beyt Desen bölgəsində 7 yaşlı uşaq da daxil olmaqla 29 yaralıya müdaxilə etdiyini açıqladı.

Onlardan birinin birbaşa mədəsinə qaz bombası düşdüyünə diqqət çəkilib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM