İsrail qüvvələrinin dinc fələstinlilərə zülmü davam edir

İsrail qüvvələrinin dinc fələstinlilərə zülmü davam edir
Yayınlanma tarixi: 17.12.2022 13:30:40

İsrail əsgərlərinin İşğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini yaraladığı bildirilib.

İslamazeri.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi bəyanatda, Ramallahın qərbindəki Bitunya qəsəbəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan bir fələstinlinin əməliyyat olunduğu bildirilib.

Bəyanatda hadisənin təfərrüatları ilə bağlı ətraflı məlumat verilməyib.
Fələstin Qızıl Aypara Cəmiyyəti  Nablusun Madema və Usarin qəsəbələrində İsrail əsgərlərinin atdığı qaz bombalarından 48 fələstinlinin boğulma təhlükəsi ilə üzləşdiyini, 2 nəfərin isə yıxılaraq yaralandığını açıqlayıb. 
Fələstinin WAFA xəbər agentliyi də  yəhudilərin fələstinlilərin Nablusdakı evlərinə hücum etdiyini bildirib.

İsrail ordusu son vaxtlar işğal altındakı İordan çayının qərb sahilindəki evlərə basqın edir.
İsrail əsgərləri rezin güllələrlə yanaşı, basqınlara etiraz edən fələstinlilərə həqiqi güllələrlə müdaxilə edir. Basqınlar zamanı xüsusilə Cenin və Nablus bölgələrində fələstinlilər ilə İsrail əsgərləri arasında qarşıdurma yaşanıb.

GÜNÜN MANŞETLERİ