İsrail qüvvələri Qüdsdə fələstinli gənci güllələyib

İsrail qüvvələri Qüdsdə fələstinli gənci güllələyib
Yayınlanma tarixi: 3.11.2022 12:45:20

İşğal altındakı Qüdsün şimalında yerləşən Beyt Dakku qəsəbəsinə bu gün səhər saatlarında işğalçı qüvvələrin silahlı hücumları nəticəsində bir fələstinli gənc həyatını itirib.

İslamazeri.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi, işğalçı qüvvələrin Beyt Dakku qəsəbəsinə basqın etməsindən sonra başlayan qarşıdurmada 42 yaşlı Davud Mahmud Xəlil Reyyanın işğalçı əsgərlərin açdığı güllələr nəticəsində həyatını itirdiyini açıqlayıb.

Davud Reyyanın 24 saat ərzində Beyt Dəkku qəsəbəsində öldürülən ikinci fələstinli olduğu bildirilib.

Dünən də Beyt Dakku qəsəbəsindən olan 54 yaşlı Habbas Abdulhafiz Yusuf Reyyan, Ramallahın qərbindəki Beyt Ur kəndinin girişində hərbi keçid məntəqəsində avtomobil əməliyyatı həyata keçirdikləri üçün işğalçı əsgərlər tərəfindən güllələnib.

GÜNÜN MANŞETLERİ