İsrail qüvvələri Nablusda daha bir fələstinlini qətlə yetirib

İsrail qüvvələri Nablusda daha bir fələstinlini qətlə yetirib
Yayınlanma tarixi: 12/22/2022 10:23:34 AM

İordan çayının qərb sahilindəki Nablus şəhərinə basqın edən sionist rejim qüvvələrinin canlı güllələrlə atəş açması nəticəsində bir fələstinli həyatını itirib.

İslamazeri.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, sionist rejim qüvvələri qeyri-qanuni yəhudi köçkünlərin ölkəyə girişini təmin etmək üçün Nablusdakı “Yusif məqamı”na basqın ediblər.

Sionist qüvvələr basqına qarşı çıxan fələstinli gənclərə güclü gözyaşardıcı qaz və səs bombaları, real və rezin güllələrlə hücum edib.

İstifadə olunan intensiv qaz səbəbindən 19 nəfər boğulma təhlükəsi ilə üzləşib.

Basqında canlı güllələrlə açılan atəş nəticəsində 1 fələstinli həyatını itirib, 4 fələstinli isə yaralanıb.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM