İsrail qüvvələri Məscidül-Əqsada daha bir fələstinlini qətlə yetirib

İsrail qüvvələri Məscidül-Əqsada daha bir fələstinlini qətlə yetirib
Yayınlanma tarixi: 1.04.2023 12:22:49

İsrail qüvvələrindən birinin müdaxilə edərək fələstinliyə atəş açdığı və onu qətlə yetirdiyi qeyd edilib.

Sionist rejim qüvvələri işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsanın girişində atəş açaraq bir fələstinlini qətlə yetirib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Şəhid olan şəxsin Şərqi Qüdsün Köhnə Şəhərində Məscidül-Əqsaya açılan Silsilə Qapısında şəxsiyyət yoxlaması aparan sionist qüvvələrdən birinin silahını almağa cəhd etdiyi iddia edilib.

İsrail qüvvələrindən birinin müdaxilə edərək fələstinliyə atəş açdığı və onu qətlə yetirdiyi qeyd edilib.

Qətlə yetirilən şəxsin 26 yaşı olduğu açıqlanıb.

GÜNÜN MANŞETLERİ