İsrail qüvvələri fələstinli uşağı güllələyərək öldürdü

İsrail qüvvələri fələstinli uşağı güllələyərək öldürdü
Yayınlanma tarixi: 3.01.2023 11:55:46

Beyt-Ləhm şəhərinə basqın edən sionist qüvvələr tərəfindən sinəsindən canlı güllələrlə vurulan 15 yaşlı fələstinli Adəm Əyyadın həyatını itirdiyi bildirilib.

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin Beyt-Ləhm şəhərində 15 yaşlı fələstinli uşağı şəhid edib.

İslamazeri.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Beyt-Ləhm şəhərinə basqın edən sionist qüvvələr tərəfindən sinəsindən canlı güllələrlə vurulan 15 yaşlı fələstinli Adəm Əyyadın həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, İsrail qüvvələri dünən işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərinə basqın zamanı 2 fələstinlini şəhid edib, 8 fələstinlini isə yaralayıb.

GÜNÜN MANŞETLERİ