Sərhəd pozuntuları ilə bağlı Livan ordusundan iki yazılı açıqlama verilib.
Livan ordusu İsrailin pilotsuz təyyarə və döyüş gəmisi ilə hava və dəniz sərhədlərini pozduğunu açıqlayıb.
İslamazeri.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, sərhəd pozuntuları ilə bağlı Livan ordusundan iki yazılı açıqlama verilib.
İlk bəyanatda sionist rejimə məxsus pilotsuz uçuş aparatının ölkənin cənubundakı Ramiyə və Mərvahin qəsəbələri arasında 20 dəqiqəlik uçuş həyata keçirərək, daha sonra “işğal olunmuş ərazilər”ə geri döndüyü bildirilib.
İkinci açıqlamada ölkənin cənubundakı Ra's Nakura bölgəsindəki Livanın dəniz sərhədinin döyüş gəmisi tərəfindən pozulduğu açıqlanıb.
Açıqlamada hər iki pozuntunun Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) ilə koordinasiyalı şəkildə izləndiyi vurğulanıb.