İsrail hərbiçiləri 16 yaşlı fələstinli yeniyetməni qətlə yetirdilər - FOTO

İsrail hərbiçiləri 16 yaşlı fələstinli yeniyetməni qətlə yetirdilər - FOTO
Yayınlanma tarixi: 23.11.2022 15:10:29

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində 16 yaşlı fələstinli yeniyetməni qətlə yetirib

İslamazeri.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən məlumata görə, Nablus şəhərinə basqın zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində ürəyindən yaralanan Əhməd Əmcəd Şahade həyatını itirib.

Açıqlamada İsrail əsgərlərinin Nablus şəhərinə daxil olmasına mane olmağa çalışan fələstinlilərlə baş verən qarşıdurmada biri ağır olmaqla 5 fələstinlinin yaralandığı da qeyd olunub.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada işğal qüvvələrinin bölgədə yaralılara xidmət göstərən səhiyyə işçilərinə də atəş açdığı və maşınlardan birinin güllə ilə vurulduğu bildirilib.

Bölgədəki şahidlərin verdiyi məlumata görə, qeyri-qanuni yəhudi məskunlaşanların Nablus şəhərinin şərqində Yusuf Məqamı kimi tanınan məscidə basqını zamanı onları qorumaq məqsədilə böyük bir hərbi birləşmə dozerlərlə şəhərə girib.

Şəhərə yönəldimiş basqına etiraz edən fələstinlilərlə İsrail əsgərləri arasında baş verən qarşıdurma zamanı işğalçı qüvvələr xalqa həqiqi güllələrlə atəş açıb.

FOTO

GÜNÜN MANŞETLERİ