2025-ci ilin oktyabrında Ermənistanın Davaro şirkətinin təqdim etdiyi “Dragonfly 3” kamikadze dronu 2026-cı ilin fevralında İsrailin Globes nəşrində də müzakirə olunub.
İslamazeri.com xəbər verir ki, nəşrə görə, model texniki xüsusiyyətləri və dizaynına görə İsrail istehsalı olan IAI Harop PUA-sına ciddi şəkildə bənzəyir.
Rəsmi şəkildə İsrailin Ermənistana “Harop” və ya onun texnologiyasını verməsi təsdiqlənməyib. Lakin regiondakı mürəkkəb siyasi fon müxtəlif ehtimalları gündəmə gətirir.
Hazırda İsrail və İran arasında açıq hərbi qarşıdurma mövcuddur. Ermənistan isə İranla münasibətlərinə yenidən baxır və soyuyur desək yanılmarıq. Buna misal olaraq İrandakı etirazlar zamanı Yerevanda 7 gün İran səfirliyi önündə təhqirlərlə dolu etirazlar və polisin müdaxilə etməməsi, ABŞ-nın son yardımları və s. deyə bilərik.
Eyni zamanda, həm Azərbaycan rəsmi mövqelərində Fələstin məsələsində iki dövlətli həlli dəstəklədiklərini bildirir. Bu isə İsrailin xüsusilə İordan çayının Qərb sahili ilə bağlı siyasətinin mübahisəli olduğu bir dövrdə əlavə siyasi kontekst yaradır.
Bu konteksdə sual meydana gəlir? - Azərbaycanın İran ilə əlaqələrini qoruyub saxlaması, yarım milyarddan çox ticarət dövriyyəsi, həmçinin Türkiyə ilə əlaqələrinin ən yüksək səviyyədə olması İsrail üçün Ermənistanla əlaqələri yaxşılaşdırmaq məqsədə uyğun olmazdımı? - Bu çərçivədə mümkün texnoloji ötürmə versiyası tamamilə istisna edilmir.
Digər tərəfdən, daha az real görünən ssenarilərdən biri “reverse engineering” – yəni mövcud modelin texniki baxımdan kopyalanmasıdır. Çünki kamikadze tipli dronların konstruksiyası dünyada bir-birinə bənzər sxemlər üzərində qurulur. Lakin bu sırf texnologiya baxımından mümkündür.
Beləliklə, “Dragonfly 3” məsələsi təkcə texniki oxşarlıq deyil, həm də regional siyasi balans fonunda müzakirə olunur. Rəsmi təsdiq olmasa da, İranla gərginlik, Fələstin məsələsi və Cənubi Qafqazdakı geosiyasi əlaqələr bu mövzunun daha geniş kontekstdə qiymətləndirilməsinə səbəb olur.
Son olaraq qeyd etmək yerinə düşər ki, Ermənistanın bu modeli kopyalama kimi fəaliyyəti olubsa, Mossadın nəzarətindən kənarda qalması sual doğura bilər. Çünki, bir çox ölkədə istər İsrailə aid texnologiyaların kopyalanması, istər düşmən mövqedə duran ölkələrin bu sahədə çalışan alimləri adətən Mossadın hədəfində olurlar.
Odur ki, "kopya" məsələsi çox az ehtimal olaraq qalır. Bu xəbərlərin və narahatçılığın fonunda İsrail bu məsələni Hindistan tərəfinə "yükləmək" istəyir, lakin Hindistan tərəfinin bu barədə hələ ki, açıqlamasına rast gəlinməyib.
Lakin...
İsrail İran qarşıdurmasının yeni aşamasında Haropların erməni variantı İslam Respublikası üçün təhlükə yarada bilər. Belə ki, İsrail yüksək texnoloji silah istehsalında dünya liderlərindən biridir. Onların ixrac etdiyi sistemlərin (xüsusən də PUA-ların proqram təminatının) içində gizli kodların olması ehtimalı çox yüksəkdir.
Əgər İsrail-İran müharibəsi başlasa, Ermənistandakı bu dronlar İsrail üçün iki fərqli funksiya daşıya bilər:
-
İrana qarşı "Troya Atı": Təsəvvür edin ki, Ermənistan ordusu bu dronları istifadə edir. İsrail kəşfiyyatı həmin dronların daxili siqnalları vasitəsilə İrandakı HHM (Hava Hücumundan Müdafiə) sistemlərinin yerini təsbit edə və ya İranın radarlarını "aldada" bilər.
-
Kəşfiyyat məlumatı: Bu sistemlər Ermənistan tərəfindən istifadə edilsə belə, İsrail bu dronların ötürdüyü canlı görüntüləri gizli kanallarla öz bazasına çəkə bilər. Bu, İranla sərhəddə olan bölgələrdən İsrailin "canlı yayım" alması deməkdir.