İsrail əsgərləri daha bir fələstinlini qətlə yetirib

İsrail əsgərləri daha bir fələstinlini qətlə yetirib
Yayınlanma tarixi: 12/5/2022 10:27:19 AM

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Beytlehem şəhərindəki Dehişe qaçqın düşərgəsinə basqın zamanı bir fələstinlini öldürüb.

İslamazeri.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin yazılı açıqlamasında Dehişe qaçqın düşərgəsinə basqın edən İsrail əsgərləri tərəfindən sinəsindən həqiqi güllə ilə vurulan bir fələstinlinin həyatını itirdiyini açıqlayıb.

Şahidlərdən əldə edilən məlumata görə, İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilinin Beytləhm şəhərindəki Dehişe qaçqın düşərgəsinə basqın ediblər. Əsgərlər basqına reaksiya verən fələstinlilərə gözyaşardıcı qazla yanaşı,həqiqi və rezin güllələrlə cavab verib. Hadisələrdə İsrail əsgərləri tərəfindən sinəsindən vurulan bir fələstinli həyatını itirib.

Qeyd edək ki, İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri həbs edir. Bu da bölgədə gərginliyə səbəb olur.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM