İsrail 600-dən çox fələstinli uşağı ev həbsinə məhkum edib

İsrail 600-dən çox fələstinli uşağı ev həbsinə məhkum edib
Yayınlanma tarixi: 28.12.2022 11:06:46

İsrail işğalı altındakı Qüdsdə cari il 600-dən çox fələstinli uşağı ev həbsinə məhkum edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fələstin Əsir İşləri Agentliyinin hazırladığı hesabatda 2015-ci ildə İsrail səlahiyyətlilərinin başlatdığı ev həbsi praktikasının əhatə dairəsini genişləndirərək davam etdirildiyi bildirilib.

Hesabatda Tel-Əviv rəhbərliyinin sözügedən tətbiqi çərçivəsində bu il Qüds şəhərində 600-dən çox uşağın ev həbsinə məruz qaldığı bildirilib: “İsrail qanunları 14 yaşdan kiçik uşaqlar üçün həbsə icazə vermir.  İsrail hakimiyyəti isə bunun qarşısında 14 yaşından kiçik Qüdsdən olan uşaqlar üçün cəza vasitəsi kimi ev həbsinə müraciət edir.

Hesabatda bir fələstinli uşağın, barəsində olan istintaqı bağlanana qədər ev həbsinə məruz qala biləcəyinə diqqət çəkilərək, İsrailin uşaqlara tətbiq etdiyi bu həbsin bir neçə gündən bir ilə qədər ola bildiyi vurğulanıb.

Xəbərdə İsrail məhkəməsinin fələstinli uşaqla bağlı verdiyi qərarın ev həbsi prosesini əhatə etmədiyi, ev həbsində olan uşaqlara izləmə üçün elektron qolbaq taxıldığı və onların çölə çıxmasına icazə verilmədiyi qeyd edilib.

Hesabatda İsrailin ev dustaqlığı tətbiqləri səbəbiylə Qüdsdən olan uşaqların təhsil başda olmaqla bir çox hüquqlarından məhrum edildiyi, qorxu proseslərinə məruz qaldıqları bildirilib.

Fələstin Əsirlər Dərnəyi noyabrın 19-da verdiyi açıqlamada İsrail qüvvələrinin 2015-ci ildən bu yana 18 yaşından kiçik 9300-dən çox fələstinli uşağı həbs etdiyini bildirib. Dərnək 2022-ci ildə təxminən 750 uşağın İsrail qüvvələri tərəfindən saxlanıldığına diqqət çəkib.

GÜNÜN MANŞETLERİ