İraqla Türkiyə arasında neft ixracatı bərpa edilib

İraqla Türkiyə arasında neft ixracatı bərpa edilib
Yayınlanma tarixi: 12.05.2023 11:23:47

İraqla Türkiyə arasında neft ixracatı bərpa edilib.

İraq hökuməti Türkiyə ilə İraq arasında neft ixracının Kərkük-Ceyhan boru kəməri ilə mayın 13-də bərpa olunacağını açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İraq martın 25-də Fransanın paytaxtı Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində açdığı iddianı qazandıqdan sonra Türkiyə ilə İraq arasında Kərkük-Ceyhan boru xətti ilə dayandırılan neft ixracı bərpa olunacaq.

İraqın neft naziri Hayyan Əbdülqəni yazılı açıqlamada, İraq Neft Marketinq Şirkətinin (SOMO) Türkiyənin BOTAŞ şirkətinə neft ixracının mayın 13-də başlayacağı barədə məlumat verdiyini bildirib.

Əbdülqəni qeyd edib ki, SOMO Türkiyənin Ceyhan limanından xam neftin satışı və marketinqi üçün qəbul edilmiş mexanizmlər əsasında beynəlxalq şirkətlərlə müqavilələr bağlayıb.

GÜNÜN MANŞETLERİ