İraqın Baş nazirindən Qasim Süleymani paylaşımı

İraqın Baş nazirindən Qasim Süleymani paylaşımı
Yayınlanma tarixi: 3.01.2023 12:24:50

"Müasir tariximizin ən üsyankar terror təşkilatına qarşı döyüşən zəfər komandirlərini və onların qəhrəmanlıqlarını yad etmək istərdim".

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani “Twitter” səhifəsində “Qüds” qüvvələrinin keçmiş komandanı general Qasim Süleymani və "Haşdi Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi Əl Mühəndisin şəhadətinin 3-cü ildönümü münasibətilə paylaşım edib.

İslamazeri.com xəbər verir ki, Sudani paylaşımında belə qeyd edib:

"Müasir tariximizin ən üsyankar terror təşkilatına qarşı döyüşən zəfər komandirlərini və onların qəhrəmanlıqlarını yad etmək istərdim.

Onları hədəfə almaq bütün beynəlxalq hüquq çərçivəsində pislənilməli bir hərəkətdir.

Ona görə də biz hökumət olaraq suverenlik bərqərar etməyə, müstəqil siyasət aparan və övladlarını qoruya bilən bir İraq yaratmağa çalışırıq".

Qeyd edək ki, bu gün İranın İnqilab Keşikçilər Korpusunun "Qüds" güclərinin komandanı Qasim Süleymani və İraqın "Haşdi Şabi" könüllülər briqadasının komandir müavini Əbu Mehdi Əl Mühəndisə qarşı törədilən terror aktından 3 il keçir.

GÜNÜN MANŞETLERİ