İraqda İŞİD terrorbaşlarından biri məhv edilib

İraqda İŞİD terrorbaşlarından biri məhv edilib
Yayınlanma tarixi: 10/8/2022 11:41:15 AM

İŞİD-in "Əbu Mustafa" ləqəbli komandirlərindən biri məhv edilib - İraq Kəşfiyyatı

İslamazeri.com xəbər verir ki,  İraq hökumətinin Təhlükəsizlik Media Şəbəkəsindən verilən yazılı açıqlamaya görə, İraq hava qüvvələrinin dəstəyi ilə təhlükəsizlik qüvvələri Kərkükün cənubundakı Vadi Zegetun bölgəsində İŞİD-ə qarşı əməliyyat keçirib.

Açıqlamada İŞİD-in Kərkük hərbi komandiri "Əbu Mustafa" ləqəbli Məhəmməd Mudrinin və iki terrorçunun bunkerə endirilən hava hücumunda öldürüldüyü qeyd edilib.

Açıqlamada həmçinin bildirilib ki, terrorçular təxminən 10 gündür İraq kəşfiyyatı tərəfindən izlənirmiş.

Məlumatda İŞİD-in şəhərin cənubundakı son hücumlarının məhz bu qrup tərəfindən idarə olunduğu və dəstəkləndiyi bildirilib.

GÜNÜN MANŞETLERİ

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb
DÜNYA / İSLAM DÜNYASI

140 min fələstinli Məscidül-Əqsada bayram namazı qılıb

5/27/2026 5:30:01 PM
İsrail Qəzzaya amansızcasına hücumlara davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qəzzaya amansızcasına hücumlara davam edir

5/27/2026 4:35:00 PM
Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 32 dərəcə isti olacaq - PROQNOZ

5/27/2026 1:54:09 PM